Bakıda minik maşını piyadanı vurdu
Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən 30 yaşlı piyadanı “Toyota” markalı avtomobil vurub.
Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.