Kiyevdə partlayış səsləri eşidildi

Kiyevdə partlayış səsləri eşidildi
26.11.2026 09:34 Dünya

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Obşçestvennoye” nəşri şəhərdəki müxbirinə istinadən məlumat yayıb. Jurnalistlər paytaxtda partlayış səsinin eşidildiyini bildiriblər.

Məlumata görə, hadisədən bir qədər əvvəl Kiyevdə pilotsuz uçuş aparatları ilə bağlı təhlükə elan edilib. Xəbərdarlıq Moskva vaxtı ilə saat 07:54-də qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl ukraynalı siyasi texnoloq Andrey Zolotaryov özünün “YouTube” kanalında Ukraynanın 2029-cu ildəki gələcəyi ilə bağlı fikirlərini səsləndirib. O, ölkənin həmin vaxta qədər ciddi şəkildə zəifləyə biləcəyini iddia edərək, Ukraynadan geriyə yalnız Ali Rada və Bankova küçəsinin qalacağını bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər