Ağdaşda toyda dava düşdü - Saxlanılanlar var
Ağdaşda toyda dava düşüb, döyülən var.
TodayPress TV-nin məlumatına görə, hadisə "Ağsaray" şadlıq evində baş verib. İlkin məlumata görə, musiqiçilərlə toy iştirakçısı olan şəxs arasında başlayan mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.