Ağdaşda 17 yaşlı gənc kanalda batdı

Ağdaşda 17 yaşlı gənc kanalda batdı
16.07.2025 21:00 Hadisə

Ağdaşda 17 yaşlı gənc - Süleymanlı Dəniz Nəsib oğlu Yuxarı Şirvan kanalında boğulub.

TodayPress TV xəbər verir ki, hadisə həmin şəxs kanalda çimərkən baş verib.

Hazırda onun sudan çıxarılması istiqamətində işlər görülür.

Xatırladaq ki, 4 gün öncə Ağdaşda 14 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər