75 yaşlı kişini cərəyan vurdu
Göygöl sakini elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb.
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.
Belə ki, 1950-ci il təvəllüdlü H.Abbasov öz həyətində elektrik xətlərini təmir edən zaman onu cərəyan vurub.
75 yaşlı kişi dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinina ağır olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.