63 yaşlı qadını maşın vurdu

63 yaşlı qadını maşın vurdu
13.08.2025 21:30 Hadisə

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü M.Quliyevanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər