2 tona yaxın çətənə kolu məhv edildi
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 16-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 1,8 tondan artıq 5283 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.