Bağçalarda işləmək istəyənlərə ŞAD XƏBƏR

Bağçalarda işləmək istəyənlərə ŞAD XƏBƏR
30.09.2026 21:25 Elm və Təhsil

İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul üçün müsahibə mərhələsinə başlanılır.

TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.

Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçim etdiyi vakant vəzifəyə təyinat alacaq.

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər