35 nömrəli peşə məktəbi söküləcək? AÇIQLAMA
Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbi ilə bağlı bəzi media resurslarında yayılan məlumatlarla əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyi açıqlama yayıb.
Bu barədə TodayPress TV-yə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Məlumat üçün bildiririk ki, peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır", - açıqlamada qeyd edilib.
35 nömrəli peşə məktəbi
Peşə Təhsili üzrə Dövlət Agentliyi
infrastruktur
yaşayış binası
Todaypress.tv