Zelenski Uitkoff və Kuşnerlə telefon danışığı apardı
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid mənbələrə istinadən öz “X” hesabında məlumat verib.
"Zelenski bazar ertəsi günü Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışığı aparıb", - o yazıb.
Jurnalist söhbətin təfərrüatlarını açıqlamayıb.