Zelenski Sviridenko və Fedorov ilə görüşdü

Zelenski Sviridenko və Fedorov ilə görüşdü
15.07.2025 15:15 Dünya

Ukrayna prezidenti Volodimir Zelenski İqtisadiyyat naziri Yuliya Sviridenko və Rəqəmsal transformasiya naziri Mixailo Fedorovla görüş keçirib. 

TodayPress TV xəbər verir ki, bu barədə prezident "Telegram" kanalında məlumat verib.

Görüşdə yenilənən hökumətin ilk altı ayı üçün planlaşdırılan əsas addımlar müzakirə olunub. 

Zelenskinin sözlərinə görə, əsas hədəflərdən biri Ukraynada silah istehsalının artırılması, Müdafiə Qüvvələri üçün bütün növ dronların tədarükünün tam təmin olunmasıdır.

Prezident həmçinin qeyd edib ki, ölkədə deregulyasiya aparılmalı və daxili iqtisadi potensial sərbəst buraxılmalıdır. Görüş zamanı sosial dəstək proqramlarının icrası da gündəmdə olub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər