Zelenski: “Şahid” lər raketlərdən də təhlükəlidir
İran istehsalı olan “Şahid” pilotsuz uçuş aparatları artıq bəzi bölgələrdə ballistik raketlərdən daha təhlükəli vəziyyətə gəlib.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Ukrayna Rusiyaya uzaqmənzilli zərbələrin 90–95 faizini öz istehsalı olan silahlarla endirir. Zelenskinin sözlərinə görə, “Şahid” dronlarını vurmaq üçün F-16 təyyarələri, helikopterlər və digər vasitələrdən istifadə olunur. Hava şəraiti isə bu əməliyyatlara ciddi təsir göstərir.
Prezident əlavə edib ki, Ukrayna Rusiyanın hücumlarına cavab olaraq “Flaminqo” raketləri və “Ruta” PUA-larının istifadəsini artırmağı planlaşdırır.
Jalə Rövşən