Zelenski: "Ruslar bu müharibəni bizim hiss etdiyimiz kimi hiss edəcəklər"
"Ruslar Ukraynadakı müharibəni hazırda bütün ukraynalıların hiss etdiyi kimi hiss edəcəklər".
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa və Baltikyanı ölkələrin liderləri ilə keçirdiyi mətbuat konfransında bəyan edib.
Dövlət başçısı bildirib ki, Ukrayna Rusiyanın zərbələrinə cavab verir, lakin hazırda düşmənlə eyni miqdarda vasitələrə sahib deyil. O söz verib ki, Ukrayna Rusiyanın hücumlarına tam şəkildə cavab verməyə imkan verəcək qədər raket və dron istehsalına nail olacaq.
"Rusiya anlayır ki, əgər gündə 600 dron və raket olarsa, onlar bu müharibəni bizim hiss etdiyimiz kimi hiss edəcəklər", - deyə prezident vurğulayıb.
Aysel Mətləb