Zelenski rus dili ilə bağlı mühüm qanunu təsdiqlədi

Zelenski rus dili ilə bağlı mühüm qanunu təsdiqlədi
12.06.2026 23:30 Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini ölkədə Regional və ya Azlıqların Dilləri haqqında Avropa Xartiyasının müddəalarının tətbiq olunduğu dillər siyahısından çıxaran qanunu imzalayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.

"Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və qanuni qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək məqsədilə yaradılmış müdafiə mexanizmlərindən yararlana bilməz", - deyə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.

Stefançuk vurğulayıb ki, Ukrayna dövlət dilini qoruyur, dil və mədəni müxtəlifliyə hörmətlə yanaşır, eyni zamanda Rusiyanın imperialist təsirini uzun illər istifadə etdiyi imtiyazlardan məhrum edir.

Qanuna əsasən, Ukraynada Xartiyanın müddəaları bundan sonra belarus, bolqar, qaqauz, krımtatar, yunan, alman, polyak, rumın, slovak, macar və çex dillərinə, eləcə də ivrit dilinə tətbiq olunacaq.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər