Zelenski orduda maaşları fantastik həddə qaldırdı: Ön cəbhədəkilərə hər ay...
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ordusunda hərbi qulluqçuların maaşlarının artırılacağını bəyan edib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə özünün "Telegram" kanalında paylaşım edib.
Ukrayna lideri bildirib ki, Rusiya ilə müharibənin dörd ili ərzində ölkə ordusu şəxsi heyət çatışmazlığı problemi ilə üzləşib. Onun sözlərinə görə, vətəndaşları Silahlı Qüvvələrə qoşulmağa həvəsləndirmək məqsədilə maaşların artırılması qərara alınıb.
“Orduda maaşların artırılması üçün kifayət qədər resursumuz var”, – deyə Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, arxa cəbhədə xidmət edən hərbçilər üçün minimum aylıq ödəniş 30 min qrivna olacaq. Maaşın məbləği yerinə yetirilən tapşırıqların sayı və mürəkkəbliyindən asılı olaraq dəyişəcək.
Bildirilib ki, ön cəbhədə xidmət edən hərbçilərin orta aylıq maaşı isə 300 min qrivnaya qədər yüksəldiləcək.
Zelenski əlavə edib ki, Ukrayna ordusuna xarici könüllülərin cəlb olunması üçün əlavə mexanizmlərin hazırlanması tapşırılıb. O, müxtəlif ölkələrdən olan könüllülərə təşəkkür edərək, yay aylarında həyata keçiriləcək dəyişikliklərin səmərə verəcəyinə ümid etdiyini bildirib.
Qiymət Mahir