Zelenski Davos forumuna qatılmayacaq

Dünya

20.01.2026 19:50

Davos Dünya İqtisadi Forumunda Zelenskinin iştirak etməsi planlaşdırılmır, Ukrayna panelini ofis rəhbəri təmsil edəcək.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, proqrama Ukrayna ilə bağlı panel müzakirəsi daxil edilib və onu Zelenskinin ofis rəhbəri Kirill Budanov təmsil edəcək. Forumun digər tədbirlərində isə Zelenski iştirak etməyəcək.

Zelenskinin potensial iştirakı daha əvvəl müxtəlif media orqanlarında elan edilmişdi. Onun əsas məqsədinin ABŞ Prezidenti Donald Trampla görüş keçirmək olduğu bildirilirdi, lakin bu görüşün baş tutmaması səbəbindən səfər ləğv olunub.

Ukrayna prezidenti bildirib ki, ölkəsini enerji problemləri səbəbindən tərk etməyəcək və forumda yalnız ona daha çox qoruma təmin ediləcəyi təqdirdə iştirak edəcək.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu 19-23 yanvar tarixlərində keçiriləcək və biznes liderləri, siyasi xadimlər və mütəxəssisləri bir araya gətirir.

Jalə Rövşən 

TodayPress TV

tag: Volodimir Zelenski,Ukrayna,Davos Dünya İqtisadi Forumu,ABŞ Prezidenti Donald Tramp,Todaypress.tv,