Zelenski: "Aİ kreditinin ilk hissəsi müdafiə istehsalına yönəldiləcək"

Zelenski: "Aİ kreditinin ilk hissəsi müdafiə istehsalına yönəldiləcək"
26.04.2026 19:14 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqından ayrılan 90 milyard avroluq kreditin ilk hissəsi ölkədə müdafiə istehsalına yönəldiləcək.

TodayPress TV xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Onun sözlərinə görə, 45 milyard avroluq ilkin vəsait yerli qoruyucu vasitələrin istehsalına sərf olunacaq.

Eyni zamanda, energetika naziri Denis Şmiqal qeyd edib ki, bu kredit enerji sektorunun bərpası üçün kifayət deyil. O bildirib ki, əlavə olaraq 5,4 milyard avro investisiyaya ehtiyac var.

Bundan əvvəl Avropa Şurasının prezidenti Antonio Kosta Aİ-nin Ukraynaya 90 milyard avroluq kreditlə bağlı qərarı təsdiqlədiyini açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər