Arşavin əmin danışdı: “Qızıl top”u hələ heç kim üstələməyib

Arşavin əmin danışdı: “Qızıl top”u hələ heç kim üstələməyib
26.10.2026 15:26 İdman

Rusiyanın sabiq futbolçusu Andrey Arşavin “Qızıl top” mükafatının futbol ictimaiyyəti üçün əvvəlki əhəmiyyətini itirdiyi barədə fikirlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Sankt-Peterburqun “Zenit” və İngiltərənin “Arsenal” klublarının keçmiş yarımmüdafiəçisi hesab edir ki, “Qızıl top” hələ də futbolçular üçün böyük əhəmiyyət daşıyır.

“Əgər bu mükafat əvvəlki qədər vacib olmasaydı, futbolçular hazırda bir-birini qabaqlamağa çalışaraq “Qızıl top”u bizə verin” deməzdilər. Məncə, bu mükafat FIFA-nın təqdim etdiyi ilin futbolçusu mükafatından da daha nüfuzludur. Hələlik, heç kim “France Football” nəşrinin təqdim etdiyi mükafatı üstələyə bilməyib”, – deyə Arşavin bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər