Zaxarova ABŞ-nin Hörmüz boğazını blokadaya almasını qanunsuz adlandırdı
Dünya
16.04.2026 22:10
"ABŞ-nin Hörmüz boğazını blokada etməsi BMT Nizamnaməsinə, o cümlədən beynəlxalq dəniz hüququna ziddir və yalnız münaqişənin daha da gərginləşməsinə xidmət edir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O qeyd edib ki, ABŞ-nin dəniz blokadası tətbiq etmək üçün tədbirləri, istər gəmilərin ələ keçirilməsi, istərsə də İran limanlarının bloklanması, həm BMT Nizamnaməsi, həm də beynəlxalq dəniz hüququ baxımından qəti şəkildə birtərəfli və qanunsuz hesab edilməlidir. Sözçünün fikrincə, bu, yalnız münaqişənin daha da şiddətlənməsinə kömək edir və müvafiq iqtisadi nəticələrə gətirib çıxarır.
"BMT Nizamnaməsinə əsasən, dəniz blokadasının tətbiqi yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə beynəlxalq sülhün və təhlükəsizliyin bərpası, həmçinin qorunması üçün kollektiv tədbirlərdən biri kimi mümkündür", - deyə diplomat xatırladıb.
Aysel Mətləb
tag: Zaxarova,ABŞ,Hörmüz,Blokada,TodayPress TV,
