Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ

Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ
03.08.2026 17:19 Dünya

Ermənistan Prezidenti yeni hökumət üzvlərinin təyinatı ilə bağlı fərmanlar imzalayıb.

TodayPress TV xəbər verir ki, Prezidentin fərmanlarına əsasən, Tiqran Xaçatryan və Mher Qriqoryan baş nazirin müavinləri təyin ediliblər.

Bundan başqa, David Tadevosyan yüksək texnologiyalar sənayesi naziri vəzifəsinə gətirilib.

Məlumata görə, hökumətin digər üzvləri əvvəlki vəzifələrinə yenidən təyin olunublar.

Belə ki, müdafiə, xarici işlər, daxili işlər, ədliyyə, ətraf mühit, təhsil və elm, ərazi idarəetmə, səhiyyə, sosial əmək nazirləri vəzifələrində saxlanılıblar.

Suren Papikyan yenidən müdafiə naziri təyin edilib.

▫️Arpine Sarkisyan yenidən daxili işlər naziri təyin edilib.

▫️Davit Xudatyan yenidən ərazi idarəetməsi və infrastruktur naziri təyin edilib.

▫️Janna Andresayan təhsil, elm, mədəniyyət və idman naziri təyin edilib.

▫️Ararat Mirzoyan yenidən xarici işlər naziri təyin edilib.

▫️Hambardzum Matevosyan ətraf mühit naziri təyin edilib.

▫️Srbuhi Qalyan yenidən ədliyyə naziri təyin edilib.

▫️Arsen Torosyan yenidən əmək və sosial məsələlər naziri təyin edilib.

▫️ Anahit Avanesyan yenidən səhiyyə naziri təyin edilib

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər