Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi
Yeni Zelandiyanın Şimal adasındakı Qisborn bölgəsində yerləşən Hiks körfəzinin 14 kilometr cənubunda zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, 5,6 bal gücündəki zəlzələ təxminən 52,8 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində hələ ki tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Aysel Mətləb