Yəmənin Cənub Keçid Şurası buraxıldı

Dünya

09.01.2026 17:40

Yəmənin cənub əyalətlərində separatçı fəaliyyət göstərən Cənub Keçid Şurası (CKŞ) fəaliyyətini dayandırdığını açıqlayıb. Şura həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bütün strukturlarını ləğv edib.

TodayPress TV "Kommersant" a istinadən xəbər verir ki, bu barədə CKŞ-nin baş katibi Əbdülrəhman Cəlal əs-Sübeyhi bildirib.

Onun sözlərinə görə, qərar cənubda və qonşu ölkələrdə sülh və təhlükəsizliyi qorumaq məqsədilə qəbul edilib. Şura Səudiyyə Ərəbistanının himayəsi altında cənub qüvvələrinin konfransını təşkil edəcək və Cənubun ədalətli məqsədlərinə nail olmağa çalışacaq.

Qeyd edək ki, CKŞ 2019-cu ildən bəri BƏƏ-nin dəstəyi ilə Yəmənin cənubunun bir hissəsinə nəzarət edirdi və son vaxtlar Hadramaut və Mahra əyalətlərində də fəaliyyət göstərmişdi. Yanvarın 2-də bu ərazilərdəki hərbi düşərgələr hökumət qüvvələrinə təhvil verilib.

Separatçılar isə keçid dövrü ilə Cənubi Ərəbistanın müstəqil dövlətini elan etmək istəsələr də, 3 yanvarda hökumət qüvvələri bu əyalətlər üzərində nəzarəti bərpa edib.

Jalə Rövşən

TodayPress TV

tag: Yəmən ,Cənub Keçid Şurası,Ləğv ,Seperatçı ,Todaypress.tv,