Yaxın Şərqdən Rusiyaya 1 həftədə 28 min insan gəlib

Dünya

07.03.2026 14:25

BƏƏ və Omandan 43 reyslə 9 200 sərnişinin yola düşməsi planlaşdırılır.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Nazirliyin açıqlamasına görə, həftənin əvvəlindən bəri Yaxın Şərqdən Rusiyaya 139 reyslə 28 600 sərnişin gəlib.   

Uçuş cədvəli 10 mart tarixinə qədər dəqiqləşdirilib. Nazirlik xatırladıb ki, Rusiya aviaşirkətləri Yaxın Şərqə bilet satışlarını 14 mart tarixinə qədər dayandırıb. Aeroflot (12 martdan) və Pobeda (9 martdan) aviaşirkətlərinin BƏƏ hava limanlarına uçuşları isə mart ayının sonuna qədər ləğv edilib.

Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana hərbi müdaxilə  edib. İran buna Fars körfəzindəki Amerika hərbi bazalarına hücumla cavab verib. Bölgədəki qeyri-sabit vəziyyətə görə Yaxın Şərq ölkələri hava məkanlarını bağlayıb və uçuşları ləğv edib. 

Jalə Rövşən 

TodayPress TV

tag: BƏƏ,Oman ,Rusiya ,İran ,Todaypress.tv,