Yaxın Şərqdən 17 mindən çox ABŞ vətəndaşı ölkəsinə qayıtdı

Dünya

04.03.2026 22:40

17 min 500-dən çox ABŞ vətəndaşı fevralın 28-dən etibarən Yaxın Şərqdən təhlükəsiz şəkildə bu ölkəyə qayıdıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Dilan Consonun yayımladığı bəyanatda qeyd olunub.

Bildirilib ki, ötən gün 8 min 500-dən çox ABŞ vətəndaşı ölkəyə geri dönüb.

Bəyanata əsasən, Yaxın Şərqdə olan Amerika vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı intensiv iş aparılır.

Bununla yanaşı, çoxlu sayda amerikalı Yaxın Şərqdən Avropa və Asiyanın müxtəlif ölkələrinə yollanıb. Bəzi vətəndaşlar isə regionu tərk etsələr də, hazırda ABŞ-yə qayıdış üçün tranzit mərhələsindədirlər.

ABŞ Dövlət Departamentinin 24/7 fəaliyyət göstərən Xüsusi İşçi Qrupu vasitəsilə xaricdə olan təxminən 6 min 500 amerikalıya yardım göstərilib. Bu yardıma təhlükəsizlik üzrə tövsiyələr və səyahət dəstəyi daxildir.

TodayPress TV

tag: ABŞ,Bəyanat, Vətəndaş,Dilan Conson, todaypress.tv,