Yaxın Şərqdə gərginlik pik həddə çatdı: ABŞ hücum etdi, İran dərhal cavab verdi - VİDEO
ABŞ və İran arasında Yaxın Şərqdə gərginlik daha da artıb.
TodayPress TV xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Hörmüz boğazı yaxınlığında İranın hava hücumundan müdafiə sistemləri və radar mövqelərinə qarşı üç dalğa hava zərbəsi endirib.
Vaşinqton bu əməliyyatı “xəbərdarlıq atəşi” adlandıraraq, hadisənin diplomatik danışıqlara mane olmayacağını bildirib.
İran isə hücumlara dərhal cavab verib. İslam İnqilabı Keşikçiləri Korpusu bölgədəki ABŞ hərbi obyektlərinə, o cümlədən Bəhreyndə yerləşən ABŞ 5-ci Donanmasının qərargahına raket və dron zərbələri endirdiyini açıqlayıb.
Tehran həmçinin ABŞ-yə məxsus "MQ-9 Reaper" pilotsuz uçuş aparatını vurduğunu və bununla bağlı videogörüntülərin yayımlandığını iddia edib. İran tərəfi PUA-nın dəyərinin təxminən 30 milyon dollar olduğunu bildirib.
Türkan İsgəndərli