Yaponiyanın kosmik gəmisi uçuşa buraxıldı

Yaponiyanın kosmik gəmisi uçuşa buraxıldı
07.03.2026 06:30 Dünya

Yaponiyanın “HTV-X1” yük gəmisi Beynəlxalq Kosmik Stansiyadan ayrılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “NASA” məlumat yayıb. 

Bildirilib ki, əməliyyat zamanı 17 metrlik “Canadarm-2” robot qolu kosmik gəmini Beynəlxalq Kosmik Stansiyadan təhlükəsiz məsafəyə yönəldib və onu uçuşa buraxıb. 

Məlumata görə, “HTV-X1” kosmik gəmisi üç aydan çox müddət ərzində orbitdə qalacaq və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi tərəfindən aparılan təcrübələr üçün elmi platforma rolunu oynayacaq.  

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər