Yaponiyada güclü leysan 8 can aldı

Yaponiyada güclü leysan 8 can aldı
14.08.2026 12:51 Dünya

Yaponiyanın şərqində güclü leysan yağışlar ciddi fəsadlara səbəb olub.

TodayPress TV xəbər verir ki, "AFP"nin məlumatına görə, ən azı 8 nəfər ölüb, minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Tokionun şərqində yerləşən Çiba prefekturasında yağıntının intensivliyi saatda 115 millimetrə çatıb. Güclü yağışlar sürüşmə təhlükəsi yaradıb, elektrik enerjisinin verilişində fasilələrə səbəb olub.

Çiba və ətraf ərazilərdə 400 mindən çox insan üçün təxliyə əmri verilib, təxminən 45 min ev elektriksiz qalıb.

Tokionun əsas hava limanlarından biri olan Naritada isə təxminən 7 min sərnişin gecələməli olub. Daha 1700 nəfər Çiba prefektura hökumət binasında sığınacaq tapıb.

Yaponiya Meteorologiya Agentliyi Çibada güclü yağış və torpaq sürüşməsi ilə bağlı ən yüksək, 5-ci səviyyəli xəbərdarlıq elan edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər