Yaponiya Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

Dünya

26.04.2026 18:16

Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki Rusiya ilə dostluq münasibətlərinin qurulmasının vacib olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Onun sözlərinə görə, Tokio və Moskva arasında əlaqələrin yaxşılaşdırılması hər iki tərəf üçün faydalıdır. Suzuki qeyd edib ki, ən yaxşı variant Şinzo Abe dövründə formalaşmış münasibətlər səviyyəsinə qayıtmaq olar.

Deputat əlavə edib ki, Rusiya böyük enerji resurslarına malik qlobal gücdür və Yaponiya bu reallığı nəzərə almalıdır. O, yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırdığını da açıqlayıb.

Qeyd edək ki, Şinzo Abe 2006-2007 və 2012-2020-ci illərdə Yaponiyanın baş naziri olub və onun dövründə Rusiya ilə münasibətlərdə müəyyən yaxınlaşma müşahidə olunub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,Yaponiya,Münasibət,Deputat,Todaypress.tv,