Xorvatiya məcburi hərbi xidməti bərpa edir
Dünya
10.03.2026 15:58
Xorvatiya hakimiyyəti 17 ildən sonra məcburi hərbi xidməti yenidən tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə "UNIAN" məlumat yayıb.
İlk çağırışda 800 gənc oğlan cəlb olunacaq, onların təxminən yarısı könüllü qoşulub, 10%-i isə qadınlardır.
Gələcəkdə Xorvatiya hər il 4000 gənci orduya qəbul edib təlim keçirməyi planlaşdırır. Rəsmi Zaqreb bunu Rusiya-Ukrayna münaqişəsi və Avropadakı təhlükəsizlik vəziyyəti ilə izah edib.
Bundan əvvəl, Fransa Prezidenti Emmanuel Makron 2025-ci ilin noyabrında 2026-cı ilin yayında ölkədə könüllü hərbi xidmətin tətbiq olunacağını açıqlamışdı.
Almaniya da yaxınlaşan təhlükələr fonunda NATO planlarını həyata keçirmək üçün orduda hərbi xidməti bərpa edib. Gənclərin xidmətə yararlılığı yoxlanılacaq və əgər kifayət qədər könüllü olmazsa, çağırış püşkatma yolu ilə həyata keçiriləcək.
Türkan İsgəndərli
tag: Xorvatiya,Hərbi,Məcburi,Təlim,Todaypress.tv,
