Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq - VİDEO
İranda sabiq Ali Rəhbər Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı keçiriləcək anım günləri çərçivəsində 850 məhbusun əfv olunacağı bildirilir.
TodayPress TV xəbər verir ki, anım mərasimləri iyulun 3-dən 9-dək keçiriləcək.
Məlumata görə, əfv qərarı əsasən kiçik maliyyə cinayətlərinə görə məhkum edilmiş şəxslərə şamil olunacaq.
İran hakimiyyətinin məlumatına əsasən, əfv ediləcək şəxslərdən 520-si borc cinayətləri, 330-u isə aliment və nikah müqavilələri ilə bağlı işlər üzrə məhkum olunanlardır. Qərarın ölkənin 31 əyalətindəki məhbuslara aid olacağı qeyd edilir.