Xamenei BU TARİXDƏ dəfn ediləcək
İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə vida və dəfn mərasimlərinin keçiriləcəyi tarixlər məlum olub.
TodayPress TV xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.
Məlumata görə, iyulun 4 və 5-də Tehrandakı İmam Xomeyni məscidində vida mərasimləri təşkil olunacaq. Dəfn mərasimi iyulun 6-da Tehranda, iyulun 7-də isə Qum şəhərində keçiriləcək.
Bildirilib ki, Əli Xamenei iyulun 9-da doğulduğu Məşhəd şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, Əli Xameneinin fevralın 28-də İsrail və ABŞ-nin İrana hücumu nəticəsində vəfat edib.
Qiymət Mahir