Vuçiç elan etdi: Belqrad Vaşinqtonla strateji dialoqa başlayır
Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradın yayda Vaşinqtonla strateji dialoqa başlaya biləcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Pink" telekanalının efirində məlumat verib.
"Biz, həmçinin amerikalılarla da işləyirik və hesab edirəm ki, yayda ABŞ ilə strateji dialoqa başlaya biləcəyik", – deyə Vuçiç qeyd edib.
Bundan əvvəl Serbiyanın xarici işlər naziri Marko Curiç bildirmişdi ki, respublika Vuçiçin göstərişi ilə ABŞ ilə "bütün sahələrdə" əməkdaşlığın inkişafı istiqamətində fəal iş aparacaq.
Aysel Mətləb