Vilnüs narahatlıq içindədir: Vaşinqton hər kəsdən gizlədilən o razılaşmanı NİYƏ DANDI?

Vilnüs narahatlıq içindədir: Vaşinqton hər kəsdən gizlədilən o razılaşmanı NİYƏ DANDI?
11.09.2026 11:43 Dünya

Litva Silahlı Qüvvələrinin komandanı Raimundas Vaikşnoras ABŞ tərəfindən ölkəyə HIMARS reaktiv yaylım atəşi sistemlərinin tədarükünün qeyri-müəyyən müddətə gecikdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, onun sözlərini LRT yayıb.

Vaikşnoras ictimaiyyəti “çox narahat olmamağa” çağırıb. O bildirib ki, razılaşmalar qüvvədə qalır. Tədarükdə gecikmə yaranarsa, Litva müəyyən imkan boşluqlarını müvəqqəti doldura biləcək “eyni tipli sistemlər” əldə edə bilər.

“HIMARS sistemlərinin tədarükü gecikib. Hazırda bunun nə qədər və hansı müddətə gecikdiyini deyə bilmirəm. Görünür, bu, yalnız Amerika tərəfi ilə bağlı məsələdir və onların sənayesi ilə əlaqədardır. Lakin bizim ekipajlar artıq həm hazırlıq keçib, həm də atışlar həyata keçiriblər. Buna görə də sistemlərin gəlməsini gözləyirik”, – Vaikşnoras bildirib.

Qeyd edək ki, bundan əvvəl Litva parlamentinin qış aylarında ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən konstitusiya maddəsinin ləğvi ilə bağlı səsvermə keçirəcəyi bildirilib. Qanunvericiliyə əsasən, əsas qanuna dəyişikliklərin edilməsi üçün deputatlar bu düzəlişləri iki dəfə dəstəkləməlidirlər. Məsələ ilə bağlı ilk dinləmə iyul ayında keçirilib və təşəbbüs təsdiqlənib.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər