Vens: "Bu müharibə Vaşinqton üçün bataqlığa çevrilməyəcək"

Vens: "Bu müharibə Vaşinqton üçün bataqlığa çevrilməyəcək"
09.06.2026 21:10 Dünya

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İraq və Əfqanıstandan fərqli olaraq, bu müharibənin Vaşinqton üçün bataqlığa çevrilməyəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “USA Today” qəzetinə müsahibəsində danışıb:

“Mən tamamilə əminəm ki, biz Amerikanın İrandakı iştirakından bir il sonra da danışmayacağıq, illər sonra isə xüsusilə danışmayacağıq. Düşünürəm ki, biz uğur qazanacağıq. Əgər bu diplomatiya sonda iflasa uğrayarsa, o zaman prezidentin ixtiyarında başqa vasitələr də var.

Lakin biz bu məsələni əsas missiyaya – İranın nüvə silahına sahib olmasının qarşısını almağa bağlı saxladığımız müddətcə, bu, bataqlığa çevrilməyəcək”.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər