Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü
01.07.2026 23:50 Dünya

Venesuelada iyunun 24-də baş verən dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 2 mini keçib.

TodayPress TV xəbər verir ki, bu barədə "Venezolana de Television" telekanalının efirində ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 2 295 nəfərə çatıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər