Venesuelada siyasi zorakılıqla bağlı işlərə amnistiya verildi

Dünya

06.02.2026 11:09

Venesuela Milli Assambleyası 1999-cu ildən başlayan siyasi zorakılıq dövrü ilə bağlı cinayət işlərini əhatə edən “Demokratik birgəyaşayış üçün amnistiya” adlı qanun layihəsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə parlamentin "X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Məlumata görə, qanun layihəsi ilk oxunuşda deputatlar tərəfindən yekdilliklə qəbul olunub.

Fevralın 2-də Venesuela hakimiyyəti müxalifət lideri Maria Corina Machadonun yaxın adamı olan hüquq müdafiəçisi Xavyer Tarazonanı azadlığa buraxıb. İnsan haqları ilə məşğul olan Foro Penal təşkilatının açıqlamasına görə, siyasi səbəblərlə həbs edilən daha 310 nəfər də sərbəst buraxılıb.

Qeyd edək ki, yanvarın 31-də Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez siyasi məhbuslar üçün ümumi əfv elan edib və bununla bağlı qanun layihəsinin hazırlanaraq parlamentə təqdim olunması barədə göstəriş verib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Venesuela,Amnistiya,Zorakılıq,Cinayət,Todaypress.tv,