Venesuelada ölənlərin son sayı açıqlandı

Venesuelada ölənlərin son sayı açıqlandı
30.06.2026 23:20 Dünya

Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 1 943 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib.

"Ölənlərin sayı 1 943 nəfər təşkil edib, 10 571 nəfər isə xəsarət alıb", - o qeyd edib.

Daha əvvəl 1 719 nəfərin öldüyü və 5 mindən çox insanın yaralandığı bildirilib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ olub. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər