Varşavada MERCOSUR müqaviləsinə qarşı etiraz aksiyası keçirildi

Dünya

09.01.2026 17:27

Polşanın Varşava şəhərinin mərkəzində fermerlərin Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerika ölkələrinin ümumi bazarı olan MERCOSUR arasında ticarət sazişinə qarşı kütləvi etiraz aksiyası keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "TVP Info" televiziya kanalı məlumat verib.

Bildirilib ki, fermerlər Elm və Mədəniyyət Sarayının yaxınlığında toplaşaraq Polşanın Baş naziri Donald Tuskun ofisinə doğru yürüşə başlayıblar. 

Məlumata görə, polis kənd təsərrüfatı texnikasının şəhər mərkəzinə daxil olmasının qarşısını alıb.

Etirazçılar Donald Tuskun hökumətini tənqid ediblər və iddia ediblər ki, bu hökumət blok azlığı yaratmaq üçün Avropa Birliyi tərəfdaşları ilə danışıqlar aparacağına söz verib. 

Qeyd edək ki, MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvay tərəfindən təsis edilmiş Cənubi Amerikanın ən böyük ticarət və iqtisadi blokudur. Onların ümumi ərazisi Cənubi Amerikanın quru ərazisinin 70%-dən çoxunu təşkil edir və əhalisi 295 milyondur. 

Aysel Mətləb

TodayPress TV

tag: MERCOSUR ,Polşa,Müqavilə,Etiraz,Todaypress.tv,