ÜST: İranda 13 tibb müəssisəsi hücuma məruz qalıb

ÜST: İranda 13 tibb müəssisəsi hücuma məruz qalıb
06.03.2026 13:36 Dünya

İranda davam edən hərbi qarşıdurma zamanı 13 tibb müəssisəsinə hücum edildiyi bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə “NBC News” Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, təşkilat həmçinin zərbələr nəticəsində azı dörd tibb işçisinin həlak olması barədə yayılan məlumatları araşdırır. Qebreyesus hücumların kim tərəfindən həyata keçirildiyini və digər detalları açıqlamayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər