Ukraynaya yardım təşəbbüsünə üç ölkə qoşuldu

Ukraynaya yardım təşəbbüsünə üç ölkə qoşuldu
26.04.2026 18:52 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiprdə keçirilən Aİ sammiti zamanı NATO-nun PURL təşəbbüsünə üç ölkə qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Onun sözlərinə görə, həmin ölkələrin adları məxfi saxlanılır. Bildirilib ki, bu ölkələr proqram çərçivəsində ümumilikdə 350-400 milyon avro həcmində vəsait ayırıb.

Zelenski qeyd edib ki, bu təşəbbüs Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarını vaxtında təmin etmək üçün silahların alınmasına yönəlib.

O, daha əvvəl Almaniya ilə təxminən 4 milyard avro dəyərində silah tədarükünü nəzərdə tutan iri müqavilənin hazırlandığını da açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər