Ukraynaya genişmiqyaslı hücum həyata keçirildi: Ölən və yaralananlar var

Dünya

25.04.2026 19:15

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib, nəticədə ən azı yeddi nəfər ölüb, 46 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk məlumat yayıb.

O, hücumda dronlar, kruiz raketləri və ballistik raketlərin iştirak etdiyini, dörd bölgədə itkilərin olduğunu bildirib.

Məlumata görə, əsas hədəf Dnepr şəhəri idi. Dnepropetrovsk qubernatoru Aleksandr Qanjanın sözlərinə görə, 10 saatdan çox davam edən hücum nəticəsində beş nəfər ölüb, 46 nəfər yaralanıb.

Çerniqov Regional Hərbi Administrasiyasının məlumatına görə, şimaldakı Nijin şəhərində dronlar və ballistik raketlə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub.

Aysel Mətləb

TodayPress TV

tag: Dnepr,Ukrayna,Rusiya,Hücum,TodayPress TV,