Ukraynanın Baş naziri Azərbaycana təşəkkür etdi

Dünya

21.01.2026 03:50

Yaxın günlərdə Ukrayna tərəfdaşlarından yeni enerji yardımı alacaq.

TodayPress TV  xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün "Telegram" kanalında bildirib. O, qeyd edib ki, yaxın günlərdə ölkəyə Azərbaycan, Slovakiya və Çexiyadan növbəti yardımlar daxil olacaq.

"Azərbaycanın təqdim etdiyi yardıma generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar dəstək daxildir. Bu yardım dağıdıcı atəşlərdən sonra Ukraynanın enerji infrastrukturunun bərpasında əsas rol oynayır" , - Baş nazir qeyd edib.

Sviridenko vurğulayıb ki, Azərbaycan da daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ukraynalıların evlərində istilik və elektrik enerjisini operativ şəkildə bərpa etmək mümkün olur.

"İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstəyi Fonduna 25 milyon avro göndərəcək" , - o əlavə edib.

TodayPress TV

tag: Ukrayna,Enerji, Azərbaycan,Yuliya Sviridenko, todaypress.tv,