Ukraynada yeni baş komandan artıq iş başındadır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Silahlı Qüvvələrin yeni baş komandanı Mixail Drapatı artıq vəzifəsinin icrasına başlayıb.
TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, Yevgeni Xmara ilə birlikdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə İqor Skibyukun təyin olunması barədə də qərar qəbul edilib.
Prezident qeyd edib ki, Drapatı, Xmara və Skibyuk döyüşlərdə təcrübə qazanmış peşəkar hərbçilərdir və orduda yaxşı tanınırlar.
Kübra Musayeva