Ukrayna Rusiyanın yanacaq infrastrukturunu hədəfə aldı

Ukrayna Rusiyanın yanacaq infrastrukturunu hədəfə aldı
23.07.2026 09:47 Dünya

Ulyanovsk vilayətində neft bazasına PUA hücumu olub, yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix məlumat verib.

Onun sözlərinə görə, Novospassk rayonunda yerləşən yanacaq-energetika kompleksinə aid obyekt pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində ərazidə yanğın başlayıb. Hazırda xüsusi xidmət orqanlarının əməkdaşları hadisə yerində çalışırlar.

Əlavə olaraq Ukrayna monitorinq resurslarının məlumatına görə, hücum Novospassk rayonunda yerləşən "NS-Oyl" MMC-yə məxsus mayeləşdirilmiş qaz bazasına edilib. Hadisə yerindən yayılan görüntülərdə yanğının hələ də davam etdiyi görünür.

Məlumata görə, "NS-Oyl" neft bazası regionun və ətraf ərazilərin müxtəlif növ yanacaqla təmin edilməsində mühüm rol oynayır. Obyekt böyük yanacaq saxlama tutumuna malikdir və müasir texnologiyalarla təchiz olunub.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər