Ukrayna Rusiyanın neft məhsulları kəmərini partlatdı

Ukrayna Rusiyanın neft məhsulları kəmərini partlatdı
01.11.2025 14:00 Dünya

Rusiyanın Moskva vilayətində, Ramensk rayonu ərazisində yerləşən “Koltsevoy” neft məhsulları boru kəməri partladılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Verilən məlumata görə, həmin obyekt Rusiya ordusunu yanacaqla təmin edirdi.

Əməliyyat nəticəsində benzin, dizel və aviasiya yanacağı nəql edən kəmərin bütün üç xətti sıradan çıxarılıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər