Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirdi

Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirdi
01.07.2026 13:20 Dünya

Ukrayna işğal olunmuş Krımdakı "Saki" hərbi aerodromuna zərbə endirib.

TodayPress TV "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında bildirlib.

Zərbə nəticəsində Rusiya qırıcılarının olduğu anqarlar vurulub.

"Əməliyyatın hədəfi aerodrom infrastrukturu, xüsusən də qırıcıların olduğu anqarlar olub. Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus pilotsuz uçuş aparatlarının aviasiya texnikasının saxlanıldığı anqarlara beş dəfə zərbə endirdiyi təsdiqlənib", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, zərbə anında anqarlardan ikisində "Su-30" və "Su-30SM" qırıcıları olub. Hücumdan sonra "Su-30SM" olduğu anqarda yanğın baş verib.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər