Ukrayna Krasnodara PUA hücumu etdi: Neft emalı zavodu yandı - VİDEO
Ukrayna Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Kuban bölgəsində yerləşən neft emalı zavodunda yanğın baş verib. Hadisə zamanı bir neçə yaşayış evinə də ziyan dəyib.
Krasnodar şəhərində isə vurulan pilotsuz aparatın qalıqlarının yaşayış binasına düşməsi nəticəsində 3 nəfərin yaralandığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 330 pilotsuz uçuş aparatını vurub.
Hadisə ilə bağlı Ukrayna tərəfi hələlik rəsmi açıqlama verməyib.
Türkan İsgəndərli