Uitkoff Moskvada Putinlə görüşəcək
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner dekabrın 1-də sülh planını müzakirə etmək üçün Moskvaya gedəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) və "Agence France-Press" (AFP) nəşrləri amerikalı diplomatlara istinadən məlumat yayıb.
Bildirilir ki, Uitkoffun dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Aysel Mətləb