Tramp Obamanı hədəfə aldı: “Hər şey üzə çıxacaq!”

Tramp Obamanı hədəfə aldı: “Hər şey üzə çıxacaq!”
25.10.2026 11:49 Dünya

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Barak Obamanı sərt tənqid edərək onu radikal islamçı namizədi dəstəkləməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək Obamanın prezidentlik fəaliyyətini və seçkilərdə dəstəklədiyi namizədləri hədəfə alıb.

“Obama son dərəcə səriştəsiz prezident idi! O, İrana milyardlarla dollar ödəyərək bu ölkənin nüvə silahı əldə etməsinə yol açdı”, – deyə Tramp bildirib.

ABŞ lideri Obamanın əvvəlcə Hillari Klintonu, daha sonra isə Kamala Harrisi dəstəklədiyini, lakin hər iki namizədin seçkilərdə məğlub olduğunu xatırladıb.

Tramp iddia edib ki, Obama indi də “Müsəlman Qardaşları” təşkilatı ilə əlaqələndirdiyi və “cihadçı” adlandırdığı bir siyasətçini dəstəkləyir.

“İndi o, yəhudilərə, qaradərililərə, amerikalılara və şəxsən mənə nifrət edən bir cihadçını dəstəkləyir. O da məğlub olacaq. Bu şəxs saxta doktordur və çoxlarının fikrincə, Amerikanın ən pis klinikasına rəhbərlik edir”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti Miçiqan seçicilərini həmin siyasətçiyə səs verməməyə çağırıb. O, rəqibini açıq sərhəd siyasətini müdafiə etməkdə və təkəbbürlü davranmaqda günahlandırıb.

Tramp paylaşımının sonunda seçiciləri respublikaçı Mayk Rocersi dəstəkləməyə səsləyib.

“Mayk Rocersə səs verin! O, sizi heç vaxt məyus etməyəcək!” – deyə ABŞ lideri bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər