Əfsanəvi şahmatçının 38 illik rekordunu 11 yaşlı qız qırdı
Böyük Britaniyanı təmsil edən 11 yaşlı Bodhana Sivanandan şahmat tarixində beynəlxalq usta titulunu qazanan ən gənc qadın şahmatçı olub.
TodayPress TV “The Guardian” nəşrinə istinadən xəbər verir ki, gənc şahmatçı bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda imza atıb.
Sivanandan bununla da əfsanəvi macar şahmatçı Yudit Polqarın 1988-ci ildə, 12 yaşında müəyyənləşdirdiyi rekordu 38 ildən sonra yeniləyib.
Turnirdə uğurlu çıxış edən britaniyalı şahmatçı reytinqini 2400 həddindən yuxarı qaldıraraq beynəlxalq usta titulu üçün tələb olunan şərtləri yerinə yetirib.
O, gürcüstanlı qrosmeyster Nino Batsiaşvili ilə heç-heçədən sonra isveçli Viktoriya Yohansson üzərində qələbə qazanaraq tarixi nəticəyə nail olub.
Sivanandan bu göstərici ilə şahmat tarixində beynəlxalq usta tituluna yiyələnən ən gənc oyunçulardan biri kimi də adını tarixə yazdırıb.
Qeyd edək ki, 11 yaşlı şahmatçı oktyabrın əvvəlində qadınlar arasında ən gənc qrosmeyster titulunun sahibi olaraq daha bir dünya rekorduna imza atmışdı.
Kübra Musayeva